“Səbail”dən ayrıldı, İsveç klubu ilə müqavilə bağladı

Qış fasiləsində "Səbail"dən ayrılan iranlı futbolçu Bəxtiyar Rəhmaninin yeni iş yeri müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, iranlı futbolçu İsveçin "Dalkurd" klubu ilə anlaşıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
 
Keçidi ilə bağlı danışan təcrübəli oyunçu "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyevə və keçmiş komanda yoldaşlarına təşəkkür edib.
 
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right