"Səbail" 3 futbolçu ilə yolları ayırdı

"Səbail" qış fasiləsi elan olunan kimi "təmizləmə əməliyyatı"na başlayıb.

Newsport.az-ın məlumatına görə, Bayıl təmsilçisi artıq 3 futbolçu ilə yolları ayırıb.

Mövsümün əvvəlində "Səbail"dən 1 illik icarəyə götürülən Arsen Ağcabəyov geri qaytarılıb. Əvvəl zədə alan, sonra koronavirusa yoluxan 20 yaşlı müdafiəçi rəqabətə davam gətirməyib.

"Keşlə"dən tanıdığımız Murad Qayalı da heyətə düşə bilmədiyindən, Aftandil Hacıyevin rəğbətini qazanmağı bacarmayıb. "Qəbələ"nin yetirməsi Əli Sadıxov da bu səbəbdən "dənizçilər"dən ayrılmalı olub. (sportinfo.az).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right