"Sumqayıt"ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasovu əvəzləyən mütəxəssis deyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, ili qələbə ilə başa vuraq. Nəticənin yaxşı olmamasına bir az da hava şəraiti təsir etdi. Buna baxmayaraq, komanda meydanda son dəqiqəyə qədər mübarizə apardı. Futbolçularımıza təşəkkür edirəm".