“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi" haqqında sərəncam imzalayıb.
 
Newsport.az xəbər verir ki, "Zirə"nin şəhid futbolçusu İlqar Bürcəliyev də “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, "Zirə"nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev "Zirə"nin əsas komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right