Millimizin baş məşqçisi və kapitanı eyni şəxslərə səs verdi

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Canni De Byazi ilə kapitan Maksim Medvedev iştirak ediblər.

De Byazi və Medvedev eyni şəxslərə səs veriblər. Onlar Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi kimi kimi fərqləndiriblər.

"The Best" mükafatına namizədlərin yekun "3-lüy"ünə "Yuventus"dan Kriştianu Ronaldu, "Barselona"dan Lionel Messi və "Bavariya"dan Robert Levandovski düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right