"Qarabağ" "Neftçi", "Qəbələ", "Sumqayıt" və "Zirə" klubları Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda PSJ ilə səfər oyununda irqçiliyə məruz qalmış "Başakşəhər"in məşqçisi Pyer Veboya dəstək olub.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı "Feysbuk" səhifəsində paylaşım edib. Klub Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb və onun üzərinə "Gülüşünüzdən başqa rəng yoxdur" (No more colour than your smile) sözləri yazılıb.
Digər 3 klub isə feysbuk hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.
PSJ - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.
