"Vilyarreal"ın hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda “Qarabağ”la qarşılaşacaq "Vilyarreal” itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, hücumçu Pako Alkaser sıradan çıxıb.

İspaniyalı forvard La Liqanın 12-ci turunda dünən “Elçe” ilə keçirilən qarşılaşmada (0:0) zədələnib. Fasilədən sonra meydana daxil olan 27 yaşlı oyunçu 78-ci dəqiqədə əzələsində ağrılar hiss edərək əvəzlənib.

Matçdan sonra baş məşqçi Unay Emeri Alkaserin əvvəlki zədəsinin təzələndiyini deyib. Onun nə vaxt sıraya dönəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, təcrübəli hücumçu "Qarabağ"la ilk oyunda (3:1) dubl edib.

Qeyd edək ki, “Vilyarreal” - “Qarabağ” oyunu dekabrın 10-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right