“Qarabağ” - “Sivasspor” matçının hakimləri açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
 
Newsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Danimarkadan olan hakimlər briqadasına həvalə edib.
 
Matçın baş hakimi Yakob Kehlet təyin olunub. Ona yan xətt hakimləri Heyne Sorensen və Lars Hummelqaard kömək edəcək. Dördüncü hakim funksiyasını Yens Maa yerinə yetirəcək.
 
Qeyd edək ki, “Qarabağ” - “Sivasspor” matçı məlum səbəblərdən noyabrın 26-da İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right