Azərbaycan kubokunun püşkü atılır Yenilənir

Bu gün Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
 
Newsport.az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq.  AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 13:00-da başlayacaq. Mərasim Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.
 
Qeyd edək ki, Azərbaycan kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək.
Xatırladaq ki, ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right