Millətlər Liqasının VI turunda keçiriləcək Lüksemburq - Azərbaycan matçının təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Feliks Zvayer olacaq. Ona yan xətlərdə Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.
Hakim-inspektor Maykl Rayli (İngiltərə), UEFA nümayəndəsi isə Tammo Beyşuizen (Hollandiya) olacaq.
Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.