Azərbaycan Premyer Liqasının IX turunun bu günə nəzərdə tutulan startı təxirə salınıb.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə "Sabah" öz meydanında "Zirə"ni qəbul etməli idi. Lakin bir qədər əvvəl Peşəkar Futbol Liqası matçın təxirə salındığını elan edib. Bununla bağlı rəsmi açıqlamada deyilir:
"Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək".
Turun digər oyunları isə noyabrın 7-8-də keçiriləcək.