Sivas valisi Salih Ayhan və digər rəsmilər Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gn "Sivasspor"la qarşılaşacaq "Qarabağ"ı ziyarət edib.
Onlar komandanın qaldığı otelə gəlib.
Qonaqları "Qarabağ"ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.
Onlara xatirə olaraq "Qarabağ" forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və "Qarabağ"ı Sivasda görməkdən qürur duyduğunu bildirib.
Bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.