“Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər. “Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turu çərçivəsində "Simurq"a (0:2) qalib gəldikləri oyundan sonra deyib.
Ağdam təmsilçisinin məşqçisi mövsümün sonunda qazalınan hər bir xalın vacib olduğunu bildirib:
Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir. Hələ ki Zaqataladayıq. Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir.
Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm”.