AFFA Namiq Ələsgərovun bütün xərclərini ödəyəcək

Azərbaycan milli komandasının düşərgəsində zədələnən Namiq Ələsgərovun bütün xərcləri AFFA tərəfindən ödəniləcək. Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

O bildirib ki, "Qarabağ" klubunun yarımmüdafiəçisinin əməliyyat və digər xərclərini federasiya qarşılayacaq.

Qeyd edək ki, Malta ilə qarşılaşmada zədələnən Namiq Ələsgərov 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq (sportnet.az).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right