“Qarabağ”da ciddi itki: 6 ay oynamayacaq

Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta oyununda zədələnən "Qarabağ"ımızın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumun ciddi olduğu müəyyənləşib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün yarımmüdafiəçi müayinə edilib. 

Müayinəndən sonra futbolçunun ön carpaz bağlarının sıradan çıxdığını müəyyənləşib. Bu səbəbdən N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Klubun saytına açıqlamasında o bildirib: “Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdıe. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right