"Reynaldo bizim üçün çox dəyərli futbolçudur, amma onu risk də edə bilmərik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. Bu tur "Sumqayıt"la qarşılaşacaq Ağdam klububunun baş məşqçisi zədədən sonra məşqlərə yeni başlayan braziliyalı hücumçunun meydana çıxacağından əmin deyil.
"Bizim çün hər bir oyun çox vacibdir. "Sumqayıt" da asan rəqib deyil. Şəxsən mən çox istəyrəm ki, Reynaldo bu oyunda meydanda olsun. Amma son qərarı həkimlər verəcək. Əgər risklik bir şey olmasa və Reynado özün yaxşı hiss etsə meydana çıxacaq".(Stadium.Az)