"Neftçi"nin futbolçusu: "Hakimə yaxınlaşıb deyəcəkdim ki, top əlimə dəymişdi"

"Hamımız bilirdik ki, biz bu gün burdan qələbə ilə qayıdacağıq. Çoxlu qol imkanlarımız oldu. Təəssüf ki, yalnız birindən istifadə edə bildik. Buna baxmayaraq, komanda yaxşı oynadı.

Artıq yarımfinal haqda fikirləşə bilərik. Bütün diqqətimizi kuboka yönəltmişik. Çünki Premyer Liqada çempion olmağımız çətin məsələdi. Real danışmaq lazımdı, hazırda tək hədəfimiz kubokdu".

Bunu Newsport.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Elvin Yunuszadə deyib.

Paytaxt klubunun müdafiəçisi ikinci hissədə sürüşərək saxladığı topa əli ilə toxunmadığını bildirib:

"Həmin epizodda top əlimə yox, qarnıma dəymişdi. Əgər penaltilik bir şey olsaydı, özüm hakimə yaxınlaşıb deyəcəkdim ki, top əlimə dəymişdi".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 finalının cavab oyununda AZAL-ı 1:0 hesabı ilə məğlub edən "Neftçi" yarımfinala yüksələrək "İnter"ə rəqib olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right