Millimiz Maltaya məğlub oldu

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə ilk matçını keçirib.

Newsport.az-ın məlumatına görə, komandamız Malta millisi ilə qarşılaşıb.

Oyun millimizin məğlubiyyəti ilə başa çatıb - 1:2. Yığmamızın yeganə qolunu 70-ci dəqiqədə Jalə Mənsimova vurub. Rəqibin heyətində isə  Dorian Teuma və İlenia Karabott fərqlənib.

Qeyd edək ki, bu gün Bəhreynlə qarşılaşacaq yığmamız, martın 15-də Kiprlə üz-üzə gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right