"Sumqayıt" klubu daha bir futbolçu ilə razılığa gəlib.
Newsport.az-ın məlumatına görə, I Divizionda çıxış edən "Neftçala"nın futbolçusu Məhəmməd Alıyev mayda müqaviləsi bitdikdən sonra "Sumqayıt"da çıxış edəcək. Bu barədə məlumatı "Neftçala" klubunun rəsmi "facebook" səhifəsi yayıb