"Qəbələ" "Simurq" üçün başladı

"Qəbələ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXV turunun “Sumqayıt”la oyunundan sonra (2:0) bir gün istirahət edən “qırmızı-qaralar” dünən ilk məşqinə çıxıb.

Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb. Roman Qriqorçukun yetirmələri sabah da Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.

1/4 final mərhələsinin Zaqatala şəhər stadionunda keçiriləcək cavab oyunu saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right