Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək AZAL – “Neftçi” cavab matçı canlı yayımlanacaq.
Newsport.az-ın AZAL-ın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, AZAL - "Neftçi" oyunu martın 13-ü, saat 15:00-da başlayacaq