Tərlan Əhmədov: "İkinci hissədə toparlandıq"

“Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur”.

Newsport.az-ın məlumata görə, bu sözləri Topaz Premyer Liqasının XXV turunda “Bakı”nı 2:0 hesabı ilə məğlub edən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəsis ilk hissədə oyunlarının alınmasına baxmayaraq ikinci hissədə toparlandıqlarını bildirib: “İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq. “Bakı” ilə oyunu unudub, “Neftçi” ilə kubokun cavab oyununa hazırlaşmalıyıq. Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldı. Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdur, futbolçunun günahı var”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right