Türkiyə PTT I liqasında XXII turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün daha 3 oyun keçiriləcək.
Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" evdə "Orduspor"u qəbul edəcək. Superliqanı hədəfləyən Karşıyaka təmsilçisinin autsayderlə görüşdə qələbə qazanacağı gözlənilir.
Qarşılaşma 16:00-da başlayacaq.
Qeyd edək ki, oyunu milli komandamızın baş məşqçisi Robert Prosineçki də izləyəcək. Xorvatiyalı mütəxəssis Şükürovu iş başında görəcək.