"Qarabağ"dan flaş transfer: "Valensiya"nın sabiq üzvü Ağdam klubunda

"Qarabağ" uzun müddətdir, almaq istədiyi futbolçunun transferini gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ispaniyalı yarımmüdafiəçi Dani Kintananın "hə"sini alıb.

Bunu sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov təsdiqləyib: "İlyarımdan artıqdı ki, onunla yaxından maraqlanırdım. Hələ onda gətirmək istəyirdim, indi alındı. "Polşada oynadı, ordan getdi Səudiyyə Ərəbistanına. Sənədlərini alması  çətin olub. Biz istəyəndə müqaviləsi vardı. "Yagelloniya"dan ayrılanda isə bura gəlməsi mümkün olmadı. Artıq özüylə danışmışıq, yaxın günlərdə burdadı. Transfer vərəqi özündədi".

Qurbanovun dediyinə görə, "Valensiya"nın yetirməsi birbaşa müqaviləyə imza atacaq. Anlaşmanın müddəti isə üçillikdi. O, azad agent statusu ilə kontrakt bağlayacaqları tanınmış futbolçunun yayadək "Qarabağ"ın düşərgəsində qalacağını, komandaya öyrəşməsini istədiyini bildirib:

"Biz onu yayda, yeni mövsüm başlayanda iştirak ərizəsinə sala bilərik. Bu mövsüm iki klubda oynayıb. Mən Daninin daha tez adaptasiya keçməsini və alışmasını istəyirəm. Çalışacağıq ki, bu, onda qısa müddətdə alınsın".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right