Bu gün Azərbaycan Premyer Liqasında bir oyun keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millilərinin matçları ilə əlaqədar çempionatda qısa fasilə yaransa da, AZAL və “Neftçi” III turun təxirə salınan qarşılaşmasında üz-üzə gələcək.
"AZAL Arena"da keçiriləcək matç saat 15:00-da başlayacaq.
Son üç səfər oyununda qalib gələ bilməyən "Neftçi" uğursuz seriyanı qırmağa çalışacaq.
Qeyd edək ki, "Neftçi" hazırda ölkə çempionatının turnir cədvəlində 3-cü, AZAL isə 5-ci pillədədir.
24 fevral
Azərbaycan Premyer Liqası, III turdan təxirə salınan oyun
15:00. AZAL – “Neftçi” - 0:1
Qol: Nikolas Kanales, 8 (0:1)
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Nahid Əliyev, Coşqun Həsənov
“AZAL Arena” stadionu