"Böyük oyun"dakı insidentlə bağlı cinayət işi açıldı

Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" (1:0) oyununda baş verən insidentlə bağlı cinayət işi açılıb. 

Newsport.az-ın  məlumatına görə, bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Qeyd olunur ki, fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilən oyunda hər iki klubun azarkeşləri arasında baş verən insidentlə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə  əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə ) maddəsinə tövsif olunub.

Hazırda  Bakı  Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right