Millimizin kapitanı Rəşad Sadıqov Antalyada təlim-məşq toplanışında olan komandasının bugünkü ümumi məşqindən kənarda qalıb.
Newsport.az-ın məlumatına görə, R.Sadıqov millinin məşqçilərindən biriylə ayrıca məşq edib. Buna səbəb Sadıqovun yüngül zədəsinin olmasıdır.
Qeyd edək ki, zədəli olduğu üçün Rəşad Sadiqov və Səlahət Ağayev məşq etmir. Maksim Medvedyev isə eyni problem səbəbindən komandanın düşərgəsini tərk edib.(sportbox.az)