U-19 millimizdən ikinci heç-heçə

Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyunu keçirib.
 

Newsport.az-ın  məlumatına görə, yığmamız “Eerikkila Sports Institute”stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb. 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Vadim Ağarəhimov vurub.

Xatırladaq ki, bu komandalar arasında fevralın 20-də keçirilmiş yoldaşlıq oyunu da heç-heçə yekunlaşmışdı 2:2.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right