Ernest Nfor yenidən əsas komandada

"Neftçi"nin futbolçusu Ernest Nfor yenidən əsas komandaya qaytarılıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əvəzedici komandanın son iki qələbəsində pay sahibi olan kamerunlu futbolçu baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən E.Nforun əsas komandaya qaytarılmasına qərar verilib.
 
Xatırladaq ki, E.Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right