|
Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Sumqayıt"la 0:0 bərabərə qalan "Bakı"nın baş məşqçisi İbrahim Uzunca oyunla bağlı fikirlərini bölüşüb.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis komandasının ikinci hissədə daha yaxşı mübarizə apardığını bildirib:
"İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır".
|