“Neftçi” “Xəzər Lənkəran”la oyuna itkilərlə çıxacaq

Ölkə kubokunun 1/4 fianl mərhələsinin cavab qarşılaşmaları çərçivəsində doğma meydanında "Xəzər Lənkəran”ı qəbul edəcək "Neftçi” oyunun hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "ağ qaralar”  bu gün yeni baş məşqçisi Vəli Qasımovun rəhbərliyi altında məşq edir.
 
"Böyük oyun”dan öncə komandanın heyətində itkilər var. Belə ki, paytaxt klubunun futbolçuları – Məqsəd İsayev və Məhəmməd Qurbanov zədəlidir.  Hər iki futbolçu zədə səbəbindən "Xəzər Lənkəran”la oyunu buraxacaqlar. 
 
Qeyd edək ki, komandalar arasında baş tutan ilk qarşılaşma "Xəzər Lənkəran”ın 3-2 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right