Dövrlərarası fasilədə "Xəzər Lənkəran”ın transferə çıxardığı Kamran Abdullazadənin yenidən doğma komandasına qayıtmasından xəbərdarsınız.
Newsport.az saytının məlumatına görə, cənub klubunun yetirməsi hazırda əvəzedici komandanın məşqlərində iştirak edir. Kamran formasını berpa etdikdən sonra yeni əsas komandaya qaytarıla bilər. Bu barədə "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov məlumat verib. Mütəxəssis hər şeyin Abdullazadənin özündən asılı olduğunu bildirib. O, özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə yenidən əsas komandaya qaytarılacaq.
Elbrus Məmmədoiv həmçinin Elnur Cəfərovun komandaya qayıdıb-qayıtmayacağı məsələsi barədə də danışıb. Çalışdırıcı bildirib ki, Cəfərov hazırda xarici klubla danışıq apardığı üçün "Xəzər Lənkəran”a hər-hansı bir cavab verməyib.