Fevralın 5-dən 15-ə qədər Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
Newsport.az-ın məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamızın bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Millinin baş məşqçisi Nazim Süleymanov toplanış üçün 24 futbolçuya dəvət göndərib:
U-19-a dəvət alan futbolçular: Elnur Orucov, Süleyman Süleymanov, Əzəmət Ələkbərli, Sahil Zeynalov, Amin Seydiyev, Hacıağa Hacıyev, Baxışəli Baxışəliyev, Ravil Yusifli, Rövlan Muradov (hamısı "Qəbələ”), Tural Osmanov, Sərxan Əhmədli, Əli Şirinov (hamısı "Neftçi”), Murad İslamov, Yusif Cəfərov, Tural Bayramlı, Malik Bayramov, Elçin Əliyev (hamısı "Zirə”), Azər Cabbarov, Samir Məmmədzadə ("Neftçi” İB), Fuad Bayramov, İsmayıl İbrahimli (hər ikisi AZAL), Nicat Süleymanov ("Bakı”), Zaur Fərzəliyev ("Qarabağ”), Camal Camalov ("İnter”).