Şahin Diniyev xəstəxanaya yerləşdirildi

"Kəpəz” Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ”ilə keçirəcəyi oyuna baş məşqçisi Şahin Diniyevsiz çıxa bilər.

Newsport.az-ın məlumatına görə, buna mütəxəssisin səhhətində yaranan problem səbəb olub.
Belə ki, Şahin Diniyev böyrəyində ağrılar hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Soyuqdəymə nəticəsində mütəxəssisin böyrəyindəki daş tərpənib və  o, kəskin ağrılar hiss edib. Onun evə buraxılıb-buraxılmayacağı isə həkim müayinəsindən sonra bəlli olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right