Gürcüstanlı futbolçu Sandro Çelidze ilə rusiyalı vadim Quskovun "Rəvan”da baxışda olması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, artıq hər iki legionerin komandadakı taleyinə aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, hər iki futbolçu geri göndərilib.
Qeyd edək ki, Çelidze ampulaca hücumçu idi. O, karyerası ərzində "Anji”, "Daqdizel” və "Torpedo” kimi klublarda forma geyinmişdi. Quskov isə qapıçıdı. 19 yaşlı əlcək sahibi "Dinamo” (Moskva) yetirməsidir.