Tərlan Əhmədov 3 xal qazanıb Samir Abasova məsləhət verdi

Azərbaycan Premyuer Liqasının XIV turunda AZAL doğma meydanında "Sumqayıt”ı qəbul edib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma AZAL-ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra keçirilkən mətbuat konfransında  AZAL-ın baş məşqçisi Tərlan Əhmədov 3 xal qazandıqları matçı belə şərh edib: 
 
"Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. "İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu  səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var. 
Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. "Sumqayıt”ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right