Hərəyə bir pillə: “Qarabağ” gerilədi, “Qəbələ” irəlilədi

Avrokubokların qrup mərhələsinin V turundan sonra UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
Newsport.az-ın məlumatına görə,  sözügedən reytinqdə ən yaxşı nəticə "Qarabağ”a məxsusdu.  Ötən gecə Avropa Liqasının qrup mərhələsində "Tottenhem”ə məğlub olan (1-0) Ağdam klubunun aktivində 13,4750 xal var. Ptən turla müqayisədə "Qarabağ” bir pillə geriləyərək 128-ci yerdə qərarlaşıb. 
 
Avropa Liqasının qrup mərhələsində ötən gecə PAOK-la heç-heçə edən "Qəbələ” isə mğvqeyini bir qədər yaxşılaşdırıb.  Əyalət təmsilçimiz xallarının sayını 2,2250-ə çatdıraraq bir pillə irəliləyib. Təmsilçimiz 253-cü pillədə qərarlaşıb. 
 
Qeyd edək ki, siyahıya 158,7990 xala "Real Madrid" başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right