“Neftçi”nin futbolçusu Məqsəd İsayev Türkiyənin paytaxtı Ankaranın “Acıbadəm” xəstəxanasında sağ diz nahiyəsindən əməliyyat olunub.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əməliyyatı uğurla keçmiş müdafiəçi həkimlərin nəzarəti altında müalicəsini davam etdirəcək. Məqsəd İsayevin 10 gündən sonra məşqlərə başlayacağı gözlənilir.