Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri futbolçu karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, buna səbəb onun yayda "Neftçala"nı tərk etdikdən sonra özünə klub tapa bilməməsi olub.
Qeyd edək ki, Berti Foqtsun dövründə milli komandamıza dəvət olunan bu futbolçu Bakının "Lokomotiv", Moldovanın "Milsami", Rumıniyanın "Petrolul" klublarında, eləcə də "Rəvan", "İnter" və "Araz Naxçıvan"da çıxış etmişdi.