Dario Federiko evə buraxılıb

Vətəni Braziliyada əməliyyat olunan “Kəpəz”in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə yazılıb.

Newsport.az-ın məlumatına görə, eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.

Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.

Xatırladaq ki, braziliyalı Azərbaycan Premyer Liqasının 12-ci turunda, noyabrın 7-də AZAL-la oyunda zədələnmişdi. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan orta xətt oyunçusu ayın 19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right