"Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam"-Zaur Svanadzenin

Premyer Liqasında XIII tura 1 oyunla yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turun qapanış matçında "İnter” doğma meydanında AZAL-ı qəbul edib. Qarşılaşma "İnter”in 2-0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze oyunuj belə şərh edib: 
"Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram,  nə vaxt hazır olur, o zaman meydançaya çıxır.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right