"Qəbələ"nin futbolçusu: "Bəxtsizlik bizdən əl çəkmir"

Avroliqanın qrup mərhələsində mübarizəni davam etdirən "Qəbələ" Azərbaycan çempionatında "qara zolağa" düşüb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın son turunda "Sumqayıt"la bərabərliyə (2:2) razılaşan komandanın gənc futbolçusu Elvin Camalov qarşılaşmadan sonra fikirlərini bölüşüb.

"Oyundan göründüyü kimi, 2 komanda da yaxşı oynadı. Amma 1 xalla kifayətləndik. Əlbəttə ki, fikrimiz qələbə idi. Qol epizodlarımız olsa da, bundan istifadə edə bilmədik. Biz də bu haqda çox fikirləşirik. Neçə oyundu qələbə qazana bilmirik. Öz səhvlərimizi analiz edirik,amma bəxtsizlik bizdən əl çəkmir. İnşallah bunun öhdəsindən gəlib,özümüzü toparlayıb,yaxşi nəticələr əldə etməyə çalışacağıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right