Premyer Liqanın XIII turunda "Rəvan" doğma meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, Bəhmən Həsənovun rəhbərliyi altında yenidən dirçələn "aslanlar”ın kapitanı Ramazan Abbasov oyundan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- Ardıcıl 2-ci qələbini qazandınız. Oyun haqda fikirlərini bildirərdin...
- Doğma meydanda oynayırıq. Qələbə bizə çox vacib idi. Çünki son pillələrdəyik. AZAL bizi 5 xal qabaqlayırdı. Çalışırıq ki, xal ehtiyatımızı artıraq. Ciddi hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Fikrimcə bu oyunda qələbəyə layiq idik.
- İkinci hissədə daha çox müdafiə olunduz...
- 1:0 hesabı ilə öndə idik. Çalışırdıq ki, çox da qabağa getməyək. Gözləyirdik ki, rəqib səhv etsin və 2-ci qolu vuraq. Fasilədən sonra müdafiədə etibarlı oyun sərgilədik. Oyunçular əllərindən gələi etdilər ki, qol buraxmayaq.
- Emin Quliyevin rəhbərliyi altında qələbə qazana bilməmişdiz. Bəhmən Həsənov komandada əsasən nəyi dəyişdi?
- Biz əvvəl də eyni futbolu oynayırdıq. Sadəcə, əvvəlki oyunlarda bəxtimiz gətirmirdi. Komanda şəklində oynayırıq. Növbəti oyunlarda da bu cür oynamağa davam edəcəyik.
- Qış fasiləsinə neçənci pillədə yollanmağı hədəfləyirsiz?
- Çalışırıq ki, ən azı 2-3 pillə irəliləyək.
- Sizcə 2-3 pillə irəliləmək çətin olmayacaq?
- Fikrimcə, bunu bacara bilərik. Çünki komandanın potensialı var. Əsas odur ki, turnir cədvəlində 2-3 pillə irəliləyək.