Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ” doğma meydanında "Kəpəz”i qəbul edib.
Newsport.az xəbər verir ki, qarşılaşma "Qarabağ”ın 3-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra "Qarabağ”ın futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırıb:
-Qraşılaşma ilə bağlı nə deyə bilərsən?
-Çempionatda yaranmış fasilə başa çatdı. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Qarşılaşmadan əvvəl ən yaxın izləyicimiz olan "Qəbələ”nin "Sumqayıt”la qarşılaşmada heç-heçə etdiyini öyrəndik. Bu fərqi artırmağımız üçün çox vacib idi.
-Deməli, böyükhesablı qələbədə "Qəbələ”nin xal itirməsinin də böyük rolu var...
-Əlbəttə, çempionatda əsas rəqibimizin xal itirməsini eşitmək bizdə əlavə motivasiya yaradır. Biz yaranan bu fasiləyə görə, şansımızdan istifadə edib "Qəbələ” ilə aramızda olan xal fərqini yüksəltdik.
-Geridə qalan hər tur izləyicilərlə liderin xal fərqi artırması ilə yadda qalır. Necə düşünürsüz, "Qarabağ” bu gedişlə yenə özü-özünə rəqib olacaq?
-Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Lakin ötən mövsümü yaddan çıxarmamışıq. Qış fasiləsindən sonra "Qəbələ”qələbələri sıralamağa və bizi addım-addım izləməyə başladı. Məhz buna görə ehtiyatlı olmalıyıq. Bu isə qələbə qazanmağımıza işarədi.
-"Tottenhem”lə matç yaxınlaşmaq üzrədir. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?
-Çətin oyun keçirəcəyimizi bilirik. Mərhələ adlamaq isttəyiriksə "Tottenhem”lə oyunda qələbə qazanmalıyıq.
-Heyətdə itkilər var. Zədəlilərin yoxluğu problem yaratmayacaq?
-Zədəli futbolçuları əvəzləyəcək oyunçularımız var. Rəşad Sadıqovla Armenterosun tez sağalıb komandaya qoşulması bizə fayda verəcək. İstənilən halda, zədəliləri əvəzləyəcək futbolçularımız var.