Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"la 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- "Qəbələ"nin müdafiəsində boşluqlar nədən irəli gəlir?
- Müdafiədə səhvlərimiz oldu. Bu, əvvəlki oyunlardan daha çox idi. Bu gün utanc hiss keçirdim. Xüsusən də sağ cinahda olan boşluqlara görə. Böyük hədəfləri olan komanda belə səhvlər etməməlidi. İnanıram ki, bu, gələcəkdə düzələcək.
- Komanda daxili çempionatda 5 oyundu ki, qələbə üzünə həsrətdi. Daha əvvəl isə qeyd etmişdiz ki, çatışmazlıqları aradan qaldıracağıq. Çempionatda fasilə yaransa da, bunun nəticəsini görümürük...
- "İnter"lə oyundan sonra qeyd etdim ki, əlimizə düşən imkanlardan yararlana bilmədik. Nə qədər gülməli olsa da, bu gün cəmi iki imkanmız oldu, biz də bundan yararlandıq.
- Bu gün "Qəbələ" son çempion "Qarabağ"ı məğlub edən "Sumqayıt"a qarşı oynadı. İlk hissə ev sahibinin açıq-aşkar üstünlüyü hiss olunurdu. Bir neçə epizodda isə bəxtiniz gətirdi. Rəqibin müdafiəçisi Slavik Alxasov isə Arif Daşdəmirovu məhv etmişdi. Bütün bunları nəzərə alsaq, 1 xala görə sizi təbrik etmək olar?
- Bilmirəm ki, rəqibi 1 xala görə təbrik edim, yoxsa yox. Görəsən, buna razıdırlar? Bir xala görə sevinməyim də düzgün olmaz. Komandanın oyunun yaxşı alınmadığına görə məyusam. Bu günkü oyunla çempionluq hədəfindən uzaqdayıq. Bizim imkanlarımız var. 3 hücumçunun xidmətindən məhrum olmuşduq. Ancaq bundan şikayətlənmirəm. Hər komandanın başına gələ bilər.
- Zədəli futbolçuların sayı-hesabı yoxdu. Bu nədən irəli gəlir - yüklənmədən, yoxsa suni or örtüyünün fəsadlarıdı?
- Zədələrin səbəbini araşdırırıq. Ancaq kimsə suni meydançada şikayətlənmir. Çünki əksər stadionlarda belədi. Demək olar ki, bütün komandalar üçün şərait eynidi.