Dodo: “Azarkeşlərimiz çempionluq sevincini yaşamağa layiqdi”

"Hazırda işlərimiz yaxşı gedir. Əla mövsümü keçirib, Avropa Liqasının qrupunda da mübarizə aparırıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin kapitanı Dodo deyib.
 
Zədəsinin müalicəsini vətəni Braziliyada davam etdirmək üçün Cənubi Amerikaya yollanan "10” nömrə burada yerli mətbuta danışıb. Tam adı Luis Paulu İlariu olan futbolçu vətənində verdiyi açıqlamada özünün və klubunun iddialarından danışıb: 
 
"Bu, böyük uğurdur. "Qəbələ”nin uğurlarının davamını gətirməliyik. İndiki tempdə davam edib, qələbələrimizin davamını gətirməliyik. Bu, mövsümü qalib kimi bitirmək üçün vacibdi. Hədəfimiz çempion titulunu qazanmaqdır. Klubun tarixində ilk dəfə qızıl medallara yiyələnməsi üçün mübarizə aparırıq. Klubun tarixinə ilk çempionluğu qazanan oyunçulardan biri kimi düşmək istəyirəm. Azarkeşlərimiz sevimli komandalarının çempionluq sevincini yaşamağa layiqdi. Çempionatı turnir cədvəlinin ən yüksək pilləsində bitirmək arzusundayıq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right