Viktor Valdes Barselonaya qayıdır

"Mançester Yunayted”in qapıçısı Viktor Valdes Barselonaya qayıtmağa çox yaxındır.

Newsport.az-ın məlumatına görə, təcrübəli qapıçı "Espanyol”la danışıqlar aparır.
 
Mankunianların heyətində heç cür özünə yer edə bilməyən 33 yaşlı qolkiper yenidən Barselonaya qayıtmağa çalışır. Uzun illər şəhərin eyniadlı komandasında çıxış etmiş qapıçı yanvar transfer pəncərəsində vətəninə qayıda bilər. 
 
MY artıq öyən qış heyətə qatdığı futbolçunun azad agent kimi ayrılmasına da razılıq verib. "Qırmızı şeytanlar"ın heyətində sonuncu dəfə mayda meydana çıxan Valdes baş məşqçi Lui van Qalla münasibətlərini korlanmasına görə vəziyyətindən razı deyil. Xatırladaq ki, holland məşqçi qapıçını əvəzedicilərə göndərsə də, o, bundan imtina etmişdi. Nəticədə Vldes heç komandanın məşqlərinə də qatılmır.
 
Qeyd edək ki, təxminən 1 ildi "şeytan" olan Valdes cəmi 2 dəfə MY-nin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right