Rusiya millisinin üzvü: “Hamımız şokdayıq”

"Düzünü  desəm, Azərbaycana məğlub olmağımıza inanmağım gəlmir. Xüsusi ilə 3-0 hesabı ilə məğlub  olmaq”.
Newsport.az-ın məlumatına görə, bui sözlər Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Andrey Panyukova məxsusdur. O, ölkəsinin mətubatına açıqlamasında Azərbaycana məğlubiyyəti belə şərh edib.
"Azərbaycana məğlubiyyətə görə, xəcalət çəkirəm. Deməyə söz tapmıram. Hamımız şokdayıq. Bizim oyun zamanı kifayət qədər qol imnkanlarımız oldu. Lakin inmkanlardan yararlana bilmədik. Bu məğlubiyyətə görə bizi tənqid edirlər. Düşünürəm ki haqlıdırlar. Çünki Farar adaları ilə görüşdə pis oynadıq, Azərbaycana isə məğlub olduq. Günahı hansısa futbolçunun üzərinə atmaq lazım deyil. Çünki komanda şəkilində məğlub olduq.”

Qeyd edək ki, Rusiya yığması seçmə mərhələdə keçirdiyi 4 oyunun 3-də məğlub olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right