Beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində milli komandamız Olimpiya Stadionunda Moldova milli komandası ilə qarşılaşıb. Matç milli komandamızın 2-1 hesablı qələbəsi ilə başa çatıb. Sözgedən matç millimizin heyətində bəzi debütlərlə yadda qalıb. Debütantlardan biri də Ukraynanın "Metallurq” klubunun futbolçusu Pavel Paşayevin payına düşüb.
Newsport.az-ın məlumatına görə, millimizin heyətində 2016-ci debütant olan Paşayev matçdan sonra qarşılaşma haaqında fikirlərini jurnalistlərlə bölüşüb:
"Yaşı oyun sərgilədik. Sevinirik ki, qarşılaşmanı qələbə ilə başa vura bildik. Ümid edirəm ki, gələn il daha çox qələbələr qazanacağıq. Debüt etdiyim üçün çox sevincliyəm.”
Paşeyev debüt oyunundan tam razı qalmadığını da bildirib: "Öz oyunumdan elə də razı qalmadım. Çünki bundan daha yaxşı oyun sərgiləyə bilərdim. Qələbə üçün hamı sevinir. Komandada yaxşı əhval-ruhiyyə var.”