AFFA "Neftçala"nın baş məşqçisi Kamil Quliyevi cəzalandırıb.
Newsport.az-ın məlumatına görə, buna onun Birinci divizionun 9-cu turunda "Şəmkir"ə qarşı matçda futbolçusuna göstərilən qırmızı vərəqədən sonra hakimə qarşı təhqir edici hərəkətə yol verməsi səbəb olub.
Oyunun video yazısını izləyən İntizam Komitəsi K.Quliyevi 5 oyunluq cəzalandırıb, klub 500 manat məbləğində cərimələnib.